USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb

“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, süjetdə Azərbaycanda X Qəbələ Beynəlxalq Musiqi Festivalının başa çatdığı qeyd olunur. Bildirilir ki, bir həftədən artıq davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən salsa, flamenko caz və əlbəttə ki, klassik əsərlərdən zövq alıblar. Yeri gəlmişkən, on il əvvəl klassik repertuarla başlayan festivalın formatı zaman keçdikcə genişləndirilib.

Festivalın bədii rəhbərlərindən biri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski telekanala müsahibəsində deyib: “On il əvvəl tamaşaçılar çox müxtəlif idi. Bəziləri Avropadan, o cümlədən Londondan gəlmişdilər. Onlar Kovent-Qardendəki tamaşaların və ya Berlin Filarmoniyasındakı çıxışların həvəskarları idilər. Bu insanlar tamamilə gözlənilmədən ömründə ilk dəfə klassik konsertə gələn, özü də uşaqları ilə gələn adamlarla eyni məkana düşdülər. Biz bir dəfə festival ərzində nə qədər tamaşaçı gəldiyini hesabladıq – bu, 25 min nəfər idi. Bu, çox böyük tamaşaçı auditoriyasıdır”.

“Tarda səslərin çox geniş palitrasını təqdim etmək mümkündür. Mənim üçün tar sehrli alətdir. Azərbaycan muğamı insanı sehrləyən, ecazkar musiqidir. Mən hətta bunu fəlsəfi adlandırardım”, - deyə festivalın iştirakçısı, “Muğam” instrumental ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə deyib.

Süjetin müəllifi vurğulayır ki, ənənəvi muğam vokal və instrumental ifanın bir araya gəlməsidir. Bu janrda klassik poeziyaya istinadla tez-tez improvizələr etmək də mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio