17/08/2018 05:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9349 0.0253 0.2835


Dövlət qurumları

374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib 


09.08.2018   16:38

Cari ilin ötən dövründə 650 nəfər əlilliyi olan şəxs isə özünüməşğulluq proqramına cəlb olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya xəbər verilib ki, onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. 

Yanvar-iyul aylarında həmçinin Dövlət Məşğulluq Xidməti Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 173  nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.  

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında sosial cəhətdən həssas digər kateqoriyalar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanların 650 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

 




Xəbər lenti

16 Avqust













ASAN Radio telefonunuzda
Facebook