24/10/2018 02:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Gündəm

Ölkə ərazisində yanğın hadisələrinə görə inzibati qaydada həbs olunanlar var


09.08.2018   18:19


Respublika ərazisindəki əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə polis orqanları, eləcə də digər aidiyyəti dövlət qurumları tərəfindən bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermerlər və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb. Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, görülən tədbirlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, torpağın guya münbitləşdirilməsi məqsədilə əkin sahələrinin, meşələrin və çöllüklərin yandırılması hallarına hələ də rast gəlinir. Bu da ciddi narahatlıq doğurur.

Belə hadisələrin qarşısının alınması istiqamətində polis orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook