21/09/2018 04:05

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9852 0.0255 0.2716


Dövlət xidmətləri

108 “Çağrı” mərkəzi özəl sektorun xidmətləri ilə bağlı məlumatları da vətəndaşlara çatdıracaq


10.08.2018   14:00


“Çağrı” mərkəzi “ASAN xidmət” yarandığı gündən fəaliyyət göstərir. Bu günə qədər 2 milyon 500 minə yaxın vətəndaşın zənginə cavab verilib. “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. Gündəlik 3 minə yaxın zəng qəbul olunur. İndiyə kimi 30 nəfərlik kollektivlə fəaliyyət göstərdiyi üçün mərkəz bütün müraciətlərə cavab verə bilmirdi. Yeni “Çağrı” mərkəzi müasir texnika və digər avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq edilib. Bundan sonra heç bir vətəndaşın zəngi itirilməyəcək, heç bir vətəndaş cavab üçün çox gözləməli olmayacaq.

ASAN Radio xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Dövlət Agentliyinin sədri mətbuat nümayəndələrini mərkəzin inzibati binası ilə tanış edib və ətraflı məlumat verərək bildirib ki, xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub. Mərkəzdə işə dövlət qulluğuna imtahanla keçən şəxslər götürüləcək. Onlar xüsusi təlimlərə cəlb olunacaq. “Çağrı” mərkəzi özəl sektorun xidmətləri ilə bağlı məlumatları da vətəndaşlara çatdıracaq.




Xəbər lenti

20 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook