USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
Prezident İlham Əliyev ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirildi, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edildi, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio