19/09/2018 09:38

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Havadasan

Sabahın hava məlumatı


13.08.2018   13:33


Ölkə ərazisində avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 25-27° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə ediləcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı bildirilir.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook