Avqustun 6-na olan məlumata görə, ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb. Ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb.
KTN-dən ASAN Radioya bildirilib ki, bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.
Bu il ölkə üzrə 3 milyon, 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2,31,654 tonu buğda, 937,090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda¸ 124570 ton arpa artıq yığılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!