19/11/2018 13:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9377 0.0257 0.3178


Gündəm

“Əsgərin ölümü ilə bağlı əlavə məlumat veriləcək” – Eldar Sultanov


13.08.2018   17:31


Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.

AzVision.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov informasiyanı təsdiqlyərək, bildirib ki, həqiqətən də əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilov avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. 

“Hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,- deyə Eldar Sulatnov əlavə edib.




Xəbər lenti

19 Noyabr
17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook