USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Etirazçılar Koçaryanın mətbuat konfransına basqın etdilər - VİDEO

Robert Koçaryanın həbsdən azadlığa buraxılmasına etiraz edən aksiya iştirakçıları sabiq prezidentin bu gün mətbuat konfransı keçirəcəyi “Erebuni” mehmanxanasının binasına daxil olmağı bacarıblar. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiyaçılar mehmanxananın 9-cu mərtəbəsinə qalxaraq Koçaryanın saat 12:00-da mətbuat konfransı keçirəcəyi zala basqın ediblər.

“Biz hamımız 1 martın qurbanlarıyıq. Biz Koçaryanın ömürlük həbs olunmasını tələb edirik. Artıq Ermənistanda inqilab baş tutub, hakimiyyət də öz vəzifəsini icra edir. Biz ədalətsizliyə göz yummayacağıq. Hüquq-mühafizə orqanları və vətəndaşlar hərəsi öz işini yerinə yetirirlər.” – deyə, etirazçılardan biri bəyan edib. 

Nümayişçilər həmçinin, Koçaryanın mətbuat konfransının işinin pozacaqlarını deyiblər. Vardqes Qaspari adlı etirazçı isə zalın döşəməsinə uzanaraq buranı tərk etməyəcəyini və mətbuat konfransının keçirilməsinə mane olacağını bəyan edib. Lakin polis və mehmanxananın mühafizə xidməti böyük çətinliklə nümayişçiləri konfransın keçiriləcəyi ərazidən çıxara bilib. Qapı arxasında gözləyən etirazçılar Koçaryanın mətbuat konfransı ilə paralel aksiyanı davam etdirəcəklərini bəyan ediblər.

Hazırda KİV nümayəndələri zalda keçmiş prezidentin gəlməyini gözləyirlər. Lakin hələ Koçaryanın ofisindən etirazlar fonunda konfransın keçirilib-keçirilməyəcəyinə dair məlumat verilməyib. 

https://youtu.be/tyU6Em_b-vE

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!