USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fernando Alonso Formula 1 idmanında karyerasını başa vuracaq

Formula 1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso karyerasını başa vurmağa hazırlaşır. “McLaren” komandasının sürücüsü cari çempionat başa çatdıqdan sonra Formula 1 idmanı ilə vidalaşacaq.

 

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 37 yaşındakı pilot “McLaren”in internet səhifəsində yer alan açıqlamada qeyd edib: “Bu qeyri-adi idman növü üzrə keçirdiyim 17 gözəl ildən sonra həyatımda dəyişiklik etməyin və yoluma yeni macəra ilə davam etməyin vaxtı çatıb”.

 

Formula 1 karyerasında birlikdə çalışdığı şəxslərə təşəkkürlərini bildirən pilot deyib: “Bir neçə ay əvvəl mövsümün sonunda karyeramı başa vurmağı qərara aldım. Ona görə də builki çempionatda həmişə olduğundan daha çox əzmlə mübarizə aparacağam. Sonda hansı nəticəyə nail olacağımı görəcəyik. Hazırda həyatımın ən xoş anlarını yaşamağıma baxmayaraq, özümdə yeni macəralara başlamaq ehtiyacı hiss edirəm”.

 

F.Alonso karyerasına 2001-ci ildə “Minardi” komandasının heyətində “Avstraliya Qran-Prisi ilə başlayıb. O, 17 il ərzində iki dəfə - 2005-ci və 2006-cı illərdə “Renault” komandası ilə çempion adını qazanıb.

 

Fernando Alonsonun Azərbaycanda keçirilən Qran-prilərdəki çıxışı uğurlu olmayıb. 2016-cı ildə Formula Avropa Qran-Prisində qəza səbəbindən finiş xəttinə çata bilməyən ispaniyalı pilot 2017-ci ildə 9-cu, builki yarışda isə 7-ci yerdə qərarlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!