USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına kamança müsabiqəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına kamança müsabiqəsinin qaliblərinin qala konserti keçirilmişdir. 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliynin təşkil etdiyi "Habil Əliyev adına 1-ci respublika kamança müsabiqəsi" nin bağlanış mərasimi  Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Müsabiqə iki mərhələdən və üç yaş kateqoriyasından ibarət idi.  150 dən çox iştirakçı müsabiqəyə qatılmışdı. 

Müsabiqənin birinci turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Goranboy və Ağdam şəhərlərində keçirildi. İkinci tura  53 şagird və tələbə uğurlu ifaları ilə keçmək hüququ qazandı. Yalnız 11-i müsabiqənin qalibi seçildi.

Müsabiqınin münsifləri - əməkdar incəsənət xadimi Arif Əsədullayev, professor  Abbasqulu Nəcəfzadə, Xırdalan şəhəri musiqi məktəbinin direktoru İkram Manafov.

Qalibləri Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev təltif etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!