USD - 1.7 EUR - 1.9102 RUB - 0.027 TRY - 0.2991 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan XİN-nin Ermənistanın atəşkəsi pozaraq sərhədçimizi yaralaması barədə bəyanatı   “INNOLAND” Silikon Vadisinin şirkətləri ilə əlaqələri gücləndirir Azərbaycanın 32 bölgəsində 300-ə yaxın icma əsaslı məktəbəqədər qruplar açılacaq Bəzi avtomobillərin şəhərə girişinə məhdudiyyətlər tətbiq ediləcək Rektor: "ADNSU-da 8 ildir təhsil alan 7 tələbə vardı, onlardan 3-ü 9-cu ilə keçdi"
Bu yol bağlanır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, təmir işləri yolun Quba istiqamətində aparılır. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılıb.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio