USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
M.Abbaszadə: "Ali məktəblərə plan yerlərindən 88,73 faizi dolub"

"Birinci mərhələ üçün təqdim olunan 45 021 plan yerindən 39 947-si (88,73 faiz) dolub. Cəmi 5074, yəni 11 faiz yer boş qalıb".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qruplar üzrə böldükdə I qrup üzrə 1693, II qrup üzrə 2611, III qrup üzrə 248, IV qrup üzrə 122, V qrup üzrə isə 400 yer boş qalıb: "Vakant yerlərin 3255-i dövlət, özəldə isə 1819 yer qalıb".

M.Abbaszadə qeyd edib ki, bütün aparıcı ali məktəblərdə yerlər, demək olar ki, dolub: "Əsas rus bölməsində boş yerlər qalıb. I qrup üzrə 540 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. Öz seçimini edib və ali məktəbə qəbul olub. II qrupa imtahan verən 490 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. III qrupda 550 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. IV qrup üzrə 610-da yuxarı nəticə göstərən hər kəs seçdikləri ixtisaslara qəbul olublar".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!