21/11/2018 22:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9340 0.0258 0.3157


Dövlət qurumları

Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək


17.08.2018   11:14


Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

DİM-dən ASAN Radioya bildirilib ki, Bakı şəhərində keçiriləcək imtahanda iştirak etmək üçün BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib.

İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və üç saat davam edəcək.

Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.




Xəbər lenti

21 Noyabr











ASAN Radio telefonunuzda
Facebook