19/09/2018 09:48

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Gündəm

Rusiya XİN Azərbaycanın Naxçıvan MR və Ermənistan sərhədində monitorinq barədə


17.08.2018   14:24


Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəddə monitorinqin keçirilməsi məsələsi ATƏT-də müzakirə olunmayıb.

Bu barədə Trend-ə münaqişə zonasına daxil olmayan ərazilərdə monitorinqin keçirilməsinin mümkünlüyü ilə bağlı ATƏT Minsk qrupunun həmsədri qismində rəsmi Moskvanın mövqeyi barədə suala cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, bu anadək həmin məsələ ATƏT çərçivəsində müzakirə olunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirmişdi ki, rəsmi Yerevan Ermənistanın Naxçıvanla sərhəd bölgələrində monitorinqin keçirilməsi ilə dəfələrlə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinə müraciət edib.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook