USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZTA nazirliklə əməkdaşlığı genişləndirir

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını genişləndirir.

Əldə olunmüş razılığa əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə AZTA üzvləri üçün Şirvan Milli Park ərazisinə infotur təşkil olunub. ASAN Radio bildirir ki, Şirvan Milli Parkına təşkil olunmuş infotur AZTA və nazirliyin ilk birgə layihəsidir. Gələcəkdə belə layihələr davam edəcək. Milli Park ərazisində infotur iştirakçıları milli flora və fauna, o cümlədən nadir bitki və heyvanların saxlanılması şəraiti ilə tanış olublar. Bununla yanaşı  ölkəyə gələn xarici turistlər, eləcə də, yerli turistlər üçün maraqlı ola bilən məlumatlar əldə ediblər. Turizm şirkətlərinin nümayəndələri Şirvan Milli Parkının yerli turizm marşrutlarına daxil edilməsi barədə qərara gəliblər. Bununla da AZTA və nazirlik ekoloji turizmin inkişafı və təbliği sahəsində birgə layihəni reallaşdırmağa başlayıblar.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasoyası və Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında əməkdaşlıq haqqında razılıq nazir Muxtar Babayev və AZTA sədri Nahid Bağırov arasında may ayında keçirilən görüş zamanı əldə olunub. Görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən, ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!