3-cü mikrorayon dairəsi və "Memar Əcəmi" metrostansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən ASAN Radioya verilən məlumata görə, agentliyin mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb.
Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.
"Memar Əcəmi" metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!