USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Metronun “Bənövşəyi xətt”inin üçüncü stansiyasının gələn ilin sonlarında istifadəyə verilməsi gözlənilir

Ceyhun Səlimov küçəsində, hərbi hospitalın qarşısında inşa olunan metronun “Bənövşəyi xətt”inin üçüncü stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşıb. Stansiyanın dəmir-beton konstruksiya işləri başa çatdırılıb və növbəti mərhələnin işlərinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.

Ümumiyyətlə, 166,98 metr uzunluqda olan stansiya yeni xəttin ilk inşaat mərhələsinin əsas obyektlərindən biri sayılır. İlk növbədə stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə stansiyanın inşaat işlərinə paralel olaraq, 193,91 metr uzunluqda keçid kamerası da tikilir.

Yeni xəttin elektrik təchizatı ilə bağlı burada elektrik yarımstansiyası da inşa olunur. Onun da dəmir-beton konstruksiya işləri tamamlanıb və arakəsmələrin tikintisi başlanıb. Elektrik yarımstansiyasının ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə, eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq.

Şərti adı “B-3” olan stansiyanın ərazisində 240 kubmetr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir. Stansiyanın örtük plitəsinin üzərində yeni müasir materiallarla hidroizoliyasiya işlərinə başlanılıb. Daxili havalandırma sisteminin də işi də 40 faiz görülüb. Stansiya daxili su və kanalizasiya xətləri çəkilib. Daxili və xarici elektrik xətlərinin çəkilişi isə işləri davam etdirilir.

Stansiyanın özünə gəldikdə, o da xəttin “Memar Əcəmi” stansiyası kimi çoxsəviyyəlidir (mərtəbə). Səviyyələrin sayı “Memar Əcəmi”dəki kimi 5 deyil, 3-dür. Texniki səviyyə elektrik təchizatı, ventilyasiya və digər stansiya avadanlıqları üçün nəzərdə tutulub. O, həm də keçid səviyyəsidir. Sərnişinlər buradan keçərək, eskalatorlarla və pilləkənlə bir səviyyə aşağı – vestibülə enəcəklər. Qatarların hərəkət edəcəyi platforma səviyyəsinə sərnişinləri pilləkənlərlə yanaşı, eskalatorlar endirib-qaldıracaq. Ümumiyyətlə, stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.

Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166,98 metrdir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb.

Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək.

Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş “Mavi xətt”in stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək “Mavi xətt”in şərti adı “M-03” olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək. “Bənövşəyi xətt”in “Memar Əcəmi” stansiyasını “B-03”stansiyası ilə birləşdirən tunellərdə də fəal işlər aparılır.

Qeyd edək ki, Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal da adlandırılan, dəmir-beton bloklardan istifadə olunacaq. Bu blokların istehsalı “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra əldə olunmuş ən böyük istehsalat nailiyyətlərindəndir. Azərbaycanda ilk dəfə beton yarımşpal istehsalı məhz müəssisənin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində həyata vəsiqə qazanıb. Bu məqsədlə, dünyanın aparıcı şirkətləri arasında monitorinqlər və danışıqlar aparılaraq, ən optimal variant kimi, Almaniyanın “Vollert” şirkəti seçilib. Şirkət yeni sexin avadanlıqla təchizatını həyata keçirərək, yerli kadrların hazırlanmasını da yerinə yetirib. İndi yerli şəraitdə kənardan istənilən sifarişi də qəbul edə bilən bu sahə “Made in Azerbaijan” brendinə “Bakı Metropoliteni” QSC-nin töhfələrindən biridir. “Nərimanov” elektrik deposunda inşası başa çatmaqda olan hərəkət qatarlarının sınaq yoluna, daha sonra isə “Xətai” stansiyasının dalan yoluna, pilot layihə kimi, qoyulmuş bu şpallar həm də böyük təcrübə məktəbi olub və bu səbəbdən “Bənövşəyi xətt”in sözügedən mənzilində uğurla tətbiq edilir. Taxta şpallarla müqayisədə beton bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır.

Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərlə müəyyən edilib.

İnşaat işləri ilə yanaşı, xəttin idarəetmə sistemləri üzərində də işlər uğurla davam etdirilir. Hazırda Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində SCADA sisteminin tam tətbiqi üzərində işlər yekunlaşmaqdadır. Sınaq tədbirlərindən sonra yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemi işə qoşularaq fəaliyyətə başlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!