USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Xidmətinin rəisi: "Ölkə üçün nümunə olacaq pilot aqrobiznes dəyər zənciri modelləri hazırlayırıq"

 "Azərbaycanda aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə fermer və sahiblarlar arasında məlumatlandırma kampaniyası başlayıb".

ASAN Radio Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bunu qurumun yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib. 

Onun sözlərinə görə, kampaniyanın məqsədi kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması üzrə qrant layihələrinin hazırlanması üçün fermer və sahibkarları məlumatlandırmaqdır. Aqrobiznes dəyər zənciri layihələrinə qrantlar Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində maliyyələşdirilir.

Bütün ölkəni əhatə edəcək kampaniya çərçivəsində Layihənin əməkdaşları artıq Qəbələ, İsmayıllı, Qax, Şamaxı, Goranboy, Göygöldə fermer və sahibkarlarla görüşüb, onlara qrantlar ayrılması üçün layihələrinin seçim meyarları barədə ətraflı məlumat veriblər.

“Biz bu layihə çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayırmağı nəzərdə tutmuşuq. Məlumatlandırmanın birinci mərhələsindən keçən dövrdə təqdim edilmiş layihələri dəyərləndirdik və meyarlara cavab verənləri seçdik. Artıq 5 layihəyə görə müqavilə imzalamışıq. Bir neçə layihə də təsdiqlənmə ərəfəsindədir. Biz bu layihəni həyata keçirməklə, kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modellərini hazırlamaq istəyirik. Sayın məhdud olması da məhz bununla bağlıdır”, - deyə M.Əliyev qeyd edib. 

Dəyər zəncirləri üzrə layihələrin seçimi zamanı üstünlük verilən meyarlara aydınlıq gətirən KTN rəsmisi əsas cəhət kimi istehsalda innovativlik tələbinin qoyulduğunu deyib: “Bundan başqa, qrantdan bir adamın deyil, dəyər zəncirinin bütün üzvlərinin faydalanması nəzərdə tutulduğundan, layihənin tərəfdaşlıq üzərində qurulması, səmərəlilik vəd etməsi, rəqabətqabiliyyətli ixrac potensiallı məhsul istehsal etməsi və idxalı əvəzləməsi dəyər zənciri layihəsini qiymətləndirmə zamanı vacib məqamlardır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!