USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Könüllüləri” yeni layihəyə start verib

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinə start verilib. Bu barədə ASAN Radioya “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

17 avqust 2018 -ci il tarixində  Masallı “ASAN həyat” kompleksində layihənin açılış mərasimi keçirilib. Tədbirdə iştirakçılara layihə haqqında məlumat verilib. Həmçinin Şəhadət filminin nümayişi və müzakirəsi keçirilib.                         

Layihənin məqsədi gənc nəsillərə Azərbaycanın dövlət siyasəti olan dini dözümlülüyü, milli-mənəvi dəyərləri, tolerantlıq nümunələrini düzgün şəkildə təbliğ etmək, ölkəmizdə dinlərarası nümunəvi əlaqələri, əsrlərdən bəri formalaşan köklü bir ənənəni, qarşılıqlı hörmət və əməkdaşlığı onlara çatdırmaq, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizəni və tolerantlığı təmin etməkdir.

5 regionda yaşayan 16-25 yaş aralığında olan gəncləri əhatə edəcək layihə çərçivəsində dini dəyərlərin təbliği mövzusunda lentə alınmış fotolardan ibarət sərgi keçiriləcək. Həmçinin vətənpərvərlik, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə həsr olunmuş filmlər nümayiş olunacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!