“Real Madrid” klubunun avqustun 19-da keçirdiyi İspaniya çempionatının ilk turunu 48466 nəfər tribunadan izləyib. Bu, son 10 mövsümün ən aşağı göstəricisidir və klubun tarixində antirekorda səbəb olub.
AZƏRTAC xəbər verir ki, sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. “Real Madrid”in “Santyaqo Bernabeu”da “Malyorka”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlmişdi.
Qeyd edək ki, “Santyaqo Bernabeu”nun azarkeş tutumu 81044 nəfərdir. 2009-cu ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid” klubuna keçən Kriştianu Ronaldu ötən ay Turin şəhərinin təmsilçisi “Yuventus”a transfer olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!