USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müəssisənin əməkdaşları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin sosial xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şərati ilə yanaşı, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.

Son illərdə dövlət başçısının tapşırığı ilə görülən işlərin nəticəsi olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun bərpa-müalicə şəraiti mövcuddur. Eləcə də Heydər Əliyev Fondunun layihəsi kimi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması belə uşaqlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun genişlənməsinə səbəb olub. Bu imkanlardan maksimum istifadə etməklə, sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirlik üçün əsas fəaliyyət prinsiplərindəndir.

 

S.Babayev sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Nazir uşaqların hazırladıqları əl işlərinə baxıb, onların sərgilərdə nümayiş olunması, təbliği işlərinin genişləndirilməsini tapşırıb. Müəssisənin sakinlərindən biri hazırladığı əl işini nazirə xatirə hədiyyəsi olaraq bağışlayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!