Yay mövsümü başlayandan bu günə qədər günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 104 nəfər mrüaciət edib.
Bunu AzVision.az-a Stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, 61 nəfər xəstəxanaya aparılıb, 38 nəfərə isə yerində yardım göstərilib.
“Müraciət edənlərdən 62 nəfəri kişi, 33 nəfəri qadın, 8 nəfəri isə uşaqdır. Böyüklər əsasən orta yaş və küçədə olan adamlardır. Ölüm halı olmayıb. Əsasən təzyiqin aşağı olması, halsızlıq, baş giclənnmə ilə müraciətlər olur, yerində yardım göstərilir, düzəlməyəndə artıq xəstəxanaya aparılır”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!