USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları üçün Xalça Muzeyinə ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Asan Radioya verilən məlumata görə uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbir, eyni zamanda, xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə onlarda dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edib. Tədbir çərçivəsində uşaqlar muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Tədbirdə xalçaçılığın milli mədəniyyətimizin mühüm bir hissəsi olduğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edildiyi bildirilib.

Uşaqlara xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə  maraqlı və geniş məlumatlar verilib.  Xalçalarda əks olunan  sujet və naxışlarla bağlı uşaqların sualları cavablandırılıb, xalçaların toxunma qaydası barədə məlumatlar verilib. Onlar xalça toxunuşu prosesini əyani şəkildə izləyib, muzey əməkdaşlarının köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər.

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilən uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun reabilitasiya yönümlü tədbirlər həyata keçirilir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!