USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilib

Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Sürücü sağ qalıb. 23 nəfər yaralanıb.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlardan ikisi - 32 yaşlı idman müəllimi Kamil Həziyev hadisə yerində, Sərxan Abdullayev isə Sumqayıt təcili yardım xəstəxanasında keçinib. Bir nəfər xanımın da şəxsiyyəti müəyyənləşib. O, kollec yeməkxanasının işçisi 37 yaşlı Dilarə Əliyeva olub.

Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

Dünyasını dəyişmiş iki nəfər - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal bölməsinə gətirilib.

11 nəfər xəsarət almış sərnişin isə Siyəzən regional diaqnostika müalicə mərkəzinə aparılıb.  Mərkəzin baş həkimi Dadaş Hümbətovun ANS PRESS-ə bildirdiyinə görə, yaralananlardan iki nəfərə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılıb. 

Müəllimlərin istirahətini faciəyə çevirmiş, sürücü ehtiyatsızlığı və səhlənkarlığının nəticəsi olan ağır qəzanı Xızı polisinin istintaqçıları araşdırır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!