USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Heç bir şahmatçı yarışlara öz hesabına qatılmır” - Nazirlik

“2017 ci ildə təqdim olunan tədbirlər planına əsasən 250 min manat, 2018 ci ildə isə 200 min manat vəsait ayrılıb ki, bu da şahmatçıların yarışa getməsinə, yol pulu və qidalanma, səfərləri nəzərdə tutulur. Heç bir şahmatçı qatıldığı beynəlxalq yarışlara (Dünya və Avropa çempionatlarına) və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də".

Bunu AzVision.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun "Facebook" səhifəsində yazdığı fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həyəcan və narahatlıq şahmatçıda müəyyən hisslər oyadıb və bu hisslər ona həmin fikirləri yazmağa vadar edə bilər.

 

“Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın adı yer alır. Şəhriyar yarışdadır. Onları da anlayırıq. Nə yazmasından asılı olmayaraq Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir.

 

"Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. Unutmaq lazım deyil ki, cənab prezident İlham Əliyevin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq”

 

Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində sponsor tapmaması və öz hesabına yarışlara qatılması barədə yazıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!