USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıdakı cüdo üzrə dünya çempionatının açılış mərasimində Al Bano çıxış edəcək

Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.

"Report" xəbər verir ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.

Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.

Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.

Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.

Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək.

Yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 manat və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 manat və 10 manat, VİP yerlərə isə 50 manatdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!