USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov Çin Xalq Dostluq Cəmiyyətinin sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Xarici ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri, partiya komitəsinin katibi xanım Li Syaolini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Asan Radioya verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaoli səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən tərəflər Heydər Əliyev Fondu ilə sözügedən qurum arasında imzalanmış dostluq və əməkdaşlıq haqda memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər. Habelə, tərəflər mədəniyyət, gənclər və turizm sahəsində layihələrinin xalqlar arasında təmasların daha da yaxınlaşmasına xidmət edəcəyini xüsusilə qeyd ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Çinin beynəlxalq arenada bir-birinin ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. O, həmçinin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin regionun iqtisadi inkişafı üçün geniş imkanlar açdığını və sözügedən layihənin reallaşmasının ticarət dövriyyəsinin artımına töhfə verəcəyini qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!