USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa Liqasının qrup mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib - SİYAHI

2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandalar müəyyənləşib.

"Report" xəbər verir ki, "play-off" mərhələsinin cavab oyunlarından sonra qalan 21 iştirakçı da bəlli olub.

"Qarabağ”la yanaşı Türkiyənin "Beşiktaş” klubu da qrup mərhələsinə düşməyə nail olub.

İstanbul təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə etdiyi Serbiya "Partizan"ını 3:0 hesabı ilə üstələyib.

Ümumilikdə, 48 komandadan 21-i - "Astana" (Qazaxıstan), "Reyncers" (Şotlandiya), AEK (Larnaka, Kipr), "Leyptsiq" (Almaniya), "Kopenhagen (Danimarka), "Lüdoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Düdelanj" (Lüksemburq), "Zenit" (Rusiya), "Apollon" (Kipr), "Sarpsborq" (Norveç), "Malmö" (İsveç), "Beşiktaş" (Türkiyə), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Genk" (Belçika), "Rapid" (Vyana, Avstriya), "Olimpiakos" (Yunanıstan), "Bordo" (Fransa), "Seltik" (Şotlandiya) və "Sevilya" (İspaniya) Avropa Liqasının "play-off" oyunlarından sonra qrup mərhələsinə vəsiqəni təmin edib.

Çempionlar Liqasının (ÇL) Liqa Yolunun III təsnifat mərhələsində uduzan 4 kollektiv - "Spartak" (Rusiya), "Standard" (Belçika), "Slaviya" (Çexiya) və "Fənərbaxça" (Türkiyə) da Avropa Liqasının qrupuna düşüb.

Bu komandalara ÇL-in "play-off" mərhələsində mübarizəni dayandıran daha 6 komanda - "Dinamo" (Kiyev, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Videoton” (Macarıstan), BATE (Belarus), PAOK (Yunanıstan) və "Zaltsburq" (Avstriya) qoşulub.

Daha 17 klub - "Vilyarreal", "Betis" (hər ikisi İspaniya), "Bayer", "Ayntraxt" (hər ikisi Almaniya), "Çelsi", "Arsenal" (hər ikisi İngiltərə), "Latsio", "Milan" (hər ikisi İtaliya), "Marsel", "Renn" (hər ikisi Fransa), "Krasnodar" (Rusiya), "Sportinq" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Anderlext" (Belçika), "Akhisar" (Türkiyə), "Yablonets" (Çexiya) və "Sürix" (İsveçrə) isə qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.

Qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq. Yarışın final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

"Play-off" mərhələsi, cavab oyunları

30 avqust

18:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0 (PENALTİLƏRLƏ - 2:1)

İlk oyun - 0:1

18:00. "Ufa" (Rusiya) - "Reyncers" (Şotlandiya) - 1:1

İlk oyun - 0:1

19:30. AEK (Larnaka, Kipr) - "Trençin" (Slovakiya) - 3:0

İlk oyun - 1:1

20:30. "Leyptsiq" (Almaniya) - "Zarya" (Luqansk, Ukrayna) - 3:2

İlk oyun - 0:0

20:30. "Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya) - 0:0 (PENALTİLƏRLƏ - 4:3)

İlk oyun - 0:0

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan) - 4:0

İlk oyun - 1:0

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 3:0

İlk oyun - 0:1

21:00. ÇFR (Kluj, Rumıniya) - "Düdelanj" (Lüksemburq) - 2:3

İlk oyun - 0:2

21:00. "Mölde" (Norveç) - "Zenit" (Rusiya) - 2:1

İlk oyun - 1:3

21:00. "Apollon" (Kipr) - "Bazel" (İsveçrə) - 1:0

İlk oyun - 2:3

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç) - 2:1

İlk oyun - 1:3

21:15. "Mityullann" (Danimarka) - "Malmö" (İsveç) - 0:2

İlk oyun - 2:2

22:00. "Beşiktaş" (Türkiyə) - "Partizan" (Serbiya) - 3:0

İlk oyun - 1:1

22:15. "Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç) - 0:2

İlk oyun - 1:3

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Lyublyana, Sloveniya) - 1:1

İlk oyun - 2:0

22:30. "Bröndbü" (Danimarka) - "Genk" (Belçika) - 2:4

İlk oyun - 2:5

22:30. "Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya) - 2:1

İlk oyun - 1:3

22:45. "Börnli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:1

İlk oyun - 1:3

22:45. "Bordo" (Fransa) - "Gent" (Belçika) - 2:0

İlk oyun - 0:0

23:00. "Seltik" (Şotlandiya) - "Suduva" (Litva) - 3:0

İlk oyun - 1:1

23:45. "Sevilya" (İspaniya) - "Siqma" (Çexiya) - 3:0

İlk oyun - 1:0

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!