USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Asif Verdiyev: "Son 10 ildə Azərbaycanın daxili çaylarında sululuq azalır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyində su ehtiyyatlarından səmərəli istifadə edilməsi mövzusunda mətbuat konfransı keçirilib. Konfransda qurumun Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova,  Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev çıxış ediblər. İradə İbrahimova  Azərbaycanda içməli sudan ağacların suvarılmasında və avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunduğunu bildirib.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev son 10 ildə ölkəmizin daxili çaylarının eyni zamanda transsərhəd çayların  sululuğunda azalma tendensiyası müşahidə olunduğunu deyib. O bildirib ki, monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, sərfi və temperaturu üzərində müşahidələr aparılır.

Qeyd edək ki,  1960-1990-cı illlərlə müqayisədə son illərdə Kür, Qanıx, və Araz çaylarının  su ehtiyatları 30 faizə qədər azalıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!