USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb

Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında yer alan məlumata görə, artıq 133 ölkə iştirakını təsdiqləyib. Bu, son 11 ildə keçirilmiş mundiallar arasında ən yüksək göstəricidir. Rekord isə 2007-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki dünya çempionatında qeydə alınıb - 138 ölkə. Digər tərəfdən, Bakıdakı çempionata son 7 ildə ən çox - 827 cüdoçu sifariş olunub.

Azərbaycanın paytaxtında ilk dəfə təşkil olunacaq mundialda 5 qitədən olan cüdoçuların qatılması bu idman növünün qlobal ölçüsünün göstəricisidir. Hazırda Azərbaycan Cüdo Federasiyası (ACF) və IJF yarışa hazırlıq üçün bütün səylərini ortaya qoyublar.

Təqvimə əsasən, fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq. Qarışıq komanda görüşləri isə 27 sentyabr saat 9:00-a təyin olunub. Əvvəlki illərlə müqayisədə, Bakıdakı dünya çempionatı 7 deyil, 8 günü əhatə edəcək:

I gün – 20 sentybar, cümə axşamı: Kişilər – 60 kq / Qadınlar – 48 kqII gün – 21 sentyabr, cümə: Kişilər – 66 kq / Qadınlar – 52 kqIII gün – 22 sentyabr, şənbə: Kişilər – 73 kq / Qadınlar 57 kqIV gün – 23 sentyabr, bazar: Kişilər – 81 kq / Qadınlar – 63 kqV gün – 24 sentyabr, bazar ertəsi: Kişilər – 90 kq / Qadınlar – 70 kqVI gün – 25 sentyabr, çərşənbə axşamı – Kişilər 100 kq / Qadınlar 78 kqVII gün – 26 sentyabr, çərşənbə – Kişilər +100 kq / Qadınlar +78 kqVIII gün – 27 sentyabr: Qarışıq komanda yarışları

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!