USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Pakistanın yeni prezidenti seçilib - Yenilənib

Hakim Ədalət Uğrunda Hərəkat Partiyasının (PTI) nümayəndəsi Arif Alvi Pakistanın 13-cü prezidenti seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Geo.tv" telekanalı məlumat verib.

****

Pakistanda sayca 13-cü prezidenti seçkilərində səsvermə başa çatıb, Mərkəzi Seçki Komissiyası səslərin sayımı prosesinə başlayıb.

"RİA Novosti"də yer alan xəbərə görə, səsvermə yerli vaxtla saat 10:00-dan 16:00-dək keçirilib. Seçkilərin nəticələrinin artıq bu axşam elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu il dövlət başçısı vəzifəsi uğrunda üç namizəd - ümumi seçkilərdə qalib gələn Ədalət Uğrunda Hərəkat Partiyasının (Təhrik e İnsaf) nümayəndəsi Arif Alvi, Pakistan Xalq Partiyasının nümayəndəsi Aitzaz Əhsan, həmçinin bir neçə müxalifət birliklərinin nümayəndəsi Maulana Fəzl-ur-Rəhman mübarizə aparır.

Əlavə edək ki, səsvermə Pakistan Federal Parlamentinin aşağı və yuxarı palatalarının (Milli Assambleya və Senat), eləcə də ölkənin dörd əyalətinin qanunverici məclisinin 1174 deputat və senatoru arasında keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!