USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Olimpiya Stadionunda yeniliklər həyata keçirilib

Bakı Olimpiya Stadionunda (BOS) bir sıra yeniliklər həyata keçirilib.

Stadionun rəsmi saytında yer alan məlumata görə, yeniliklərə səbəb UEFA Milllətlər Liqasının oyunlarının bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - 2019-cu il Avropa Liqasının final oyununun qaydaları əsasında təşkilidir.

Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və BOS tərəfindən nizamlanaraq təsdiq ediləcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları (KİV nümayəndələri, VİP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsilə stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat sistemləri həm bar kodları, həm də radio tezlik identifikasiyalarını oxuya biləcək. Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Əlilliyi olan şəxslərin də turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi də bu yeniliklərdəndir.

Ümumilikdə 124 turniket quraşdırılıb ki, bunun 110-u ümumi istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə VİP zonalardadır.

Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilib. Əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal, Cənub, Şərq və Qərb), indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcək. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında əlavə olaraq istifadə oluna bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəz edilir.

Jurnalistlər üçün “Mix Zona”ya giriş ayrı bir qapı vasitəsi ilə həyata keçiriləcək və "eksklüziv" miks-zonada fəaliyyət göstərən jurnalistlərə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.

Yeniliklər Tamaşaçı Xidmətlərinə də təsir edəcək. Beləliklə, Tapıntılar Bürosunun mexanizmi daha zərif olacaq. Hər bir maddə Tamaşaçı Xidmətləri nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan Tapıntılar Bürosunun ofisinə yerləşdiriləcək. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə 1 həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda itirilən əşyaların siyahısı BOS-un rəsmi kanallarında dərc olunacaq. Bu müddət ərzində əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətlərinə təqdim ediləcək.

Stadionun ərazisində daimi Tibb Məntəqəsi də fəaliyyət göstərəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!