USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yol polisi turizm səyahətinə çıxmaq istəyənlərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində turizm səyahətinə çıxamaq istəyən hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə bildirilir ki, son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf edib, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artıb: 

"Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayrı-ayrı fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi təhlükəsizliyin təmin olunması məqsədilə belə səfərlərin müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm şirkətləri vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, bu səfərlər ayrı-ayrı fiziki şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını tövsiyə edir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!