USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda daha 2 küçənin təmiri yekunlaşır

Paytaxtın Yasamal rayonunda “Məhəmməd Xiyabani” və “A Keçidi” küçələrinin əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən Asan radioya bildirilib ki, hazırda “Məhəmməd Xiyabani” küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin “Məhəmməd Xiyabani” və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kvadratmetr sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kubmetr həcmdə qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kubmetrdən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kubmetr həcmdə yol əsası inşa edilib. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənib. Növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli olmaqla küçələrin 26 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.

Səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görülür. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulur, kənarlarına səki daşı düzülür. Asfaltlanma işləri yekunlaşdırıldıqdan sonra küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!