USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı idman şəhərləri arasında liderlik edir

Bakı bu ilin 3 ən populyar idman şəhərindən biridir. Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib.

Məlum olub ki, bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub. Adıçəkilən şəhərlərdə bu il Avro-2016, Formula 1 yarışları  və Olimpiada-2016 keçiriləcək. 

Servisin kommunikasiyalar üzrə direktoru Yakov Sadçikov bildirib ki, yay üçün rus turistlər artıq bu şəhərlərə bir həftəlik biletlər sifariş veriblər. Onlar həmin şəhərlərə təkcə yarışlara baxmağa deyil, eyni zamanda dəniz kənarında istirahət etməyə gedəcəklər.

İyunun 10-dan iyulun 10-dək Fransada futbol üzrə 15-ci Avropa Çempionatı keçiriləcək. Avro-2016 UEFA turnirinin qrup mərhələsində Rusiya yığması iyunun 10-da Marseldə İngiltərə yığmasına qarşı, iyunun 15-də Lill Şəhərində Slovakiya yığmasına qarşı, Tuluzada iyunun 20-də Uels yığmasına qarşı oynayacaq.

UEFA-nın rəsmi saytında Rusiya yığmasının Slovakiyaya qarşı oyununa bilet var. Bilet 105, 110 və 145 avrodur.

İyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran Prisi keçiriləcək. "Formula-1"in Bakı mərhələsinə 10 mindən çox xarici turistin gələcəyi gözlənilir.

İyunun 17-dən 19-dək Bakının mərkəzində qalmaq sutkada minimum 40 dollara başa gələcək. "Formula-1" Avropa Qran Prisinə 3 günlük giriş biletinin qiyməti isə 200 dollardan başlayacaq.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!