USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramil Usubov Rusiya səfiri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovu qəbul edib.

DİN-dən Asan Radioya verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib, təcrübəli diplomat kimi ona ölkəmizdəki xidməti fəaliyyəti müddətində uğurlar arzulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsrlər boyu mehribanlıq şəraitində və dinc yanaşı yaşayan xalqlarımızın mənafelərinə cavab verdiyi, hər iki ölkənin Prezidentləri İlham Əliyevin və Vladimir Putinin dostluq münasibətlərinə və siyasi iradələrinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə, o cümlədən iki dövlətin aidiyyatı orqanları arasında uğurla inkişaf etdiyi, bugünlərdə möhtərəm dövlət başçımızın Rusiya Federasiyasına səfər etməsindən, orada aparılan danışıqlardan, imzalanan sənədlərdən sonra ikitərəfli əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, Daxili İşlər Nazirliklərini də sıx təmaslar və peşəkar əlaqələr birləşdirdiyi, səmərəli işbirliyinin ilbəil daha da möhkəmləndiyi bildirilib.

Daha sonra mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.

Nazir cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər” Xidmətinin və “102 Xidməti” Zəng Mərkəzinin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Azərbaycan və Rusiya Daxili İşlər Nazirliklərinin əlaqəli fəaliyyətinin hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmininə müsbət təsir göstərdiyini deyən nazir son illər qarşılıqlı faydalı işbirliyinin müxtəlif istiqamətlərində, xüsusən transmilli mütəşəkkil cinayətkarlığın növlərinə, o cümlədən, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, insan alverinə qarşı mübarizədə, həmçinin cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması sahələrində müsbət nəticələr qazanıldığını məmnunluqla xatırladıb.

Səfir M.Boçarnikov səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edərək Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın vəziyyətindən məmnunluğunu bildirib. O, hazırkı görüşün də ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələri olduğunu xatırladaraq bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!