USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək

Sentyabrın 7-də futbol üzrə Azərbaycan milli komandası UEFA-nın təsis etdiyi qitə miqyaslı yeni futbol turnirində - Millətlər Liqasında ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, “D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi Kosovo yığması ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Norveçli referi Ola Hobber Nilsenin idarə edəcəyi matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək.

Günün maraqla gözlənilən digər oyunu “Şenol Güneş Akyazı” stadionunda keçiriləcək. “B” liqasının 2-ci qrupunda yer alan Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək.

“A” liqasının üçüncü qrupunda Polşa yığması dördqat dünya çempionu İtaliya millisinin qonağı olacaq.

Digər üç görüş isə “C” liqasında yer alan komandalar arasında keçiriləcək. Bu liqanın 1-ci qrupunda yer alan Albaniya yığması İsrail millisini qəbul edəcək. Liqanın 4-cü qrupunda isə Litva-Serbiya, Rumıniya-Monteneqro görüşləri keçiriləcək.

Azərbaycan-Kosovo matçından başqa bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!