USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 7-dən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda beş məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlik barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissiyalarının fəaliyyəti haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Komitə sədri bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadiyyat və nəqliyyatla bağlı memorandum və sazişlər təsdiq edilib. Söhbət sırf hərbi qanunvericilik aktlarının, sazişlərinin, memorandumlarının və protokollarının təsdiq olunmasından gedir. Bu sənədlərdə müdafiə sahəsində hər üç dövlətin birgə, eyni zamanda, ikitərəfli əməkdaşlığının sahələri, məqsədləri, bu əməkdaşlığı həyata keçirən dövlət orqanları, həmçinin spesifik xüsusiyyətlər nəzərə alınıb.

Ziyafət Əsgərov, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, 2017-ci il dekabrın 1-də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun qəbul edilib. “Bu Qanunun qəbul edilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, vətəndaşlarımızın sağlamlığının qorunması, eyni zamanda, xüsusilə gəclərin sağlam böyüməsi və onların zərərli vərdişlərdən uzaq olması, ekologiyanın qorunmasıdır. Bu Qanunun tətbiqi ilə əlaqədar digər qanunverici aktlarına da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, bu gün gündəliyə daxil olunan iki sənədin bir neçə maddəsində papiros sözü tütün sözü ilə əvəz edilir. Tütün məmulatlarının istifadəsi genişdir, tək bir papirosla məhdudlaşmır. Ona görə də bu Qanunla müəyyən olunmuş hallarda tütün məmulatlarının istifadəsi qadağan edilir”,-deyə Komitə sədri vurğulayıb.

Komitə üzvləri gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!