USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əmlakla bağlı Çağrı mərkəzinə avqust ayı ərzində ümumilikdə 700-dən çox müraciət daxil olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən bütün xidmətlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhali tərəfindən daxil olan müraciətləri operativ cavablandırmaq üçün 193 Vahid Çağrı mərkəzi fəaliyyət göstərir. Bu xidmət sayəsində istənilən vətəndaş komitənin fəaliyyət sferası ilə bağlı bütün suallara cavab tapmaqla yanaşı, hüquqi məsləhətlər də ala bilir. Dövlət əmlakının özəlləşdirilməsi, hərracların keçirilməsi, daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu işləri və digər müraciətlərə mütəxəssislər  tərəfindən həssaslıqla yanaşılır.

Qeyd edək ki, Çağrı mərkəzinə yalnız avqust ayı ərzində ümumilikdə 700-dən çox müraciət daxil olub. Ümumi müraciətlərin 260-a yaxını daşınmaz əmlakın qeydiyyatı ilə bağlı, digərləri isə əsasən, özəlləşmə, kadastr işləri, dövlət rüsumu və xidmət haqqı ilə bağlı müraciətlərdir. Vətəndaşların ünvanladığı 570-ə yaxın sorğu tipli müraciət komitənin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq dərhal cavablandırılıb. 150-dən aşağı araşdırılma tələb edən müraciət isə qeydə alınaraq, müvafiq struktur bölmələrə göndərilib.

Daxil olan müraciətlərin bölgələr üzrə dinamikasına baxsaq, ötən ay digər şəhər və rayonlara nisbətdə paytaxt əhalisi tərəfindən mərkəzə daha çox müraciət daxil olub. Belə ki, müraciətlərin 550-dən çoxu Bakı şəhərinin sakinləri tərəfindən ünvanlanıb. Regionlar üzrə alınan nəticəyə uyğun olaraq komitə maarifləndirmə işlərini intensiv formada davam etdirir. 

Komitə tərəfindən reallaşan sosial əhəmiyyətli layihələrə olan ictimai maraq Çağrı mərkəzinə edilən müraciətlərdə də öz əksini tapıb. Belə ki, xidmətlərin səyyar formada “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları ilə ünvanlarda göstərilməsi sakinləri əmlaklarını qeydiyyata almağa həvəsləndirir. 

Qeyd edək ki, müraciət etmək istəyən vətəndaşlar üçün Çağrı mərkəzi canlı və səsli menyu rejimində xidmət göstərir. Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən 193 nömrəsinə edilən zənglər ödənişsizdir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!