USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Futbol turniri yekunlaşdı

8 sentyabr 2018-ci il tarixində Bakı Tennis Akademiyasında Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan mini futbol üzrə Bakı şəhər açıq turnirinin final oyunları və təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirak ediblər.   

Agentlik və tabeliyində olan qurumlar arasında təşkil olunan yarışın keçirilməsində məqsəd futbolun təbliğatı, ölkədə bədən tərbiyəsi və idmanın inkişafı etdirilməsi, o cümlədən, qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması və asudə vaxtın səmərəli təşkilidir.

 

Mini futbol üzrə Bakı şəhər açıq turnirinin finalında “ASAN Kommunal” və “Qəbələ ASAN” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “Qəbələ ASAN” komandası qalib gələrək, 1-ci yerin sahibi olub. “ASAN Kommunal” 2-ci, "Quba ASAN" komandası isə 3-cü olub.

Qaliblərə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!