USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qurban Qurbanov iki futbolçunu Azərbaycan millisinin heyətindən çıxarıb

Bu gün UEFA Millətlər Liqasının II tur matçında üz-üzə gələcək Malta və Azərbaycan yığmalarının iştirak ərizələri açıqlanıb.

UEFA-nın saytında yer alan məlumata görə, Azərbaycan millisinin ilkin heyətindən 2 futbolçu komandanın 23 nəfərlik siyahısına daxil edilməyib. Baş məşqçi Qurban Qurbanov "Sumqayıt"dan dəvət etdiyi müdafiəçi Bəxtiyar Həsənalızadə ilə "Səbail"in hücumçusu Ruslan Qurbanovu kənarda saxlayıb. Əvəzində Millətlər Liqasının ilk turunda Kosovo ilə oyunu buraxan Namik Ələskərov "23-lüy"ə qaytarılıb. Həsənalızadə Kosovo ilə qolsuz heç-heçə ilə başa çatan matçda da iştirak etməyib. Ruslan Qurbanov oyuna start heyətdə başlasa da, 61-ci dəqiqədə Təmkin Xəlilzadə ilə əvəzlənib. Həm Həsənalızadə, həm də Qurbanov ötən gün məşqdə iştirak edib. 

Meydan sahiblərinin heyətində isə müdafiəçi Kleyton Faylla, yarımmüdafiəçilər Danstan Vella, Ceyk Qrek və hücumçu Endryu Koenin bugünkü matçda iştirak etməyəcəyi dəqiqləşib. Endryu Koen I turda səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzduqları qarşılaşmada meydanda olub. O, görüşün 84-cü dəqiqəsində yerini Alfred Effionqa verib.

Qeyd edək ki, Ta Qali Milli stadionu təşkil olunacaq qarşılaşma saat 22:45-da başlanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!