Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib.
"Report" xəbər verir ki, http://worldjudo2018.com saytı Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Saytda Ana səhifə, rəsmi, xəbərlər, təqvim və nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifariş etmələri üçün də müvafiq bölmə mövcuddur.
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin salamlama nitqləri də saytda yer alıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!