USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İşsizlərin nəzərinə! Bu həftə 4 rayonda əmək yarmarkası təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında keçirilib.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200 nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar.

Bu həftə isə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!