USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ləğv prosesində olan bankların müştəriləri kreditlərini “ASAN ödəniş”lə ödəyə biləcək

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilinin, yığımların operativliyinin və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə fondun daxili informasiya sisteminin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN ödəniş" portalına inteqrasiyasını təmin edib.

ADIF-dən AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını "ASAN ödəniş" sistemi vastəsilə "ASAN ödəniş" terminallarında nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada odəmə imkanları yaradılıb.

Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya fondun rəsmi www.adif.az saytındakı "Kreditlərin online ödənişi" səhifəsinə daxil olmaqla "ASAN ödəniş" sisteminə keçid ala bilər.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.

Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ADIF-in fəaliyyətinə dair normativ-hüquqi aktlar, fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!