USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev  2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd olundu ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər. Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hərbi hazırlıq kabineti yaradılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır.

Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilə olan diqqət və qayğısının bariz nəticəsidir ki, son illər ərzində respublikamızın hər yerində olduğu kimi, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da təhsil müəssisələrinin əsaslı təmiri və təchizatı diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb.

Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzuladı.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!