USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev NATO Parlament Assambleyasının sədrini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev özünün ötən il NATO-nun mənzil-qərargahına səfərini məmnunluqla xatırlayaraq NATO baş katibi ilə və eləcə də Şimali Atlantika Şurasında keçirilən görüşlərdə Azərbaycanın NATO-Azərbaycan əməkdaşlığı və regiondakı rolu barədə çox müsbət fikirlərin söylənildiyini qeyd etdi. Azərbaycan–NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Qətiyyətli Dəstək Missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı NATO Parlament Assambleyasının sədri Paolo Allinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-NATO və eləcə də Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

NATO Parlament Assambleyasının sədri Paolo Alli Prezident İlham Əliyev ilə görüşündən məmnunluq hissi keçirdiyini qeyd edərək Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirdi.

Paolo Alli, eyni zamanda, Azərbaycan-NATO əlaqələrinin inkişafında Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının rolunu vurğuladı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!