USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: Şagirdlərin dərs yükü bizi narahat edir

Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdrilməsi ilə bağlı kifayət qədər iş aparılıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihəsi Təhsil Nazirliyinin sabah keçiriləcək kollegiyasında geniş müzakirə ediləcək. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq.

Nazir qeyd edib ki, son 5 il ərzində təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində müsbət dinamika olub.

C.Bayramov əlavə edib ki, gələn il məktəbəqədər təhsillə əhatə olma səviyyəsinin yüksəldilməsi və bunun bütün ölkə üzrə əhatə olunmasına çalışılacaq.

Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək göstəricisi təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə enib və hazırda bu göstərici 6 faizdir. C.Bayramov növbəti tədris ilində bunu aşağı salmağın əsas hədəflərdən olduğunu da söyləyib.

Nazir əlavə edib ki, müəllim nüfuzunun artması da əsas hədəflərdəndir.

C.Bayramov bildirib ki , bu il qəbul imtahanlarında 500 baldan yuxarı toplayaran 2091 nəfər abituriyent müəllimlik ixtisasını elektron ərizəsində birinci qeyd edib. Bu, ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur:

"Bütün bunlar növbəti illərə ümidlə baxmağa imkan verir".

Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!