USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev 187 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub - Yenilənib

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Diqqətə çatdırıldı ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.

Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısına bildirildi ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib.

Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!