USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı əmək və sosial müdafiə sahələrində xidmətlərin tam elektronlaşdırılması ilə yanaşı, sığorta-pensiya sisteminin  daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən  vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edir".

ASAN Radio xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.  

S.Babayev dövlət başçısının müvafiq Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində dövlət xidimətlərinin vahid platformadan, “bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq DOST mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib. 

O qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdılmış mexanizmi mövcud olacaq. Artıq bu istiqamətdə işlər aparılır. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq. 

Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib. 

Sonra nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinə dair hazırlanan qanun layihəsi, büdcənin gəlir və xərcləri, qeyri-büdcə sektorundan daxilolmaların vəziyyəti nəzərdən keçirlib. Fondun gəlirlər hissəsinin geniş təhlilinin aparılması, işəgötürənlər tərəfindən Fonda daxil edilən sosial sığorta vəsaitlərinin işçilər üzrə adlı siyahılar üzrə bölüşdürülməsi prosesinin sürətləndirilməsi tapşırılıb. 

İşçi Qrupunun cari fəaliyyətinin nəticələri, pensiya təyinatı prosedurunun elektron infrastrukturunun qurulması sahəsində aparılan işlər, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təkmil şəkildə hazırlanması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!